Millimiz ilk oyunda məğlub oldu

ESTAFET/ Azərbaycan yığması 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün ilk oyununu keçirib. Azərbaycan millisi Moldovada İslandiya yığması ilə qarşılaşıb.

 

Oyun rəqibin minimal hesablı qələbəsi ilə başa çatıb.

 

Milli komanda növbəti oyunda İngiltərə ilə üz-üzə gələcək.

 

AÇ-nin seçmə mərhələsi

19 sentyabr 2018

 

İslandiya - Azərbaycan  1:0
Qol: Porhallsdottir 65. 

Müəllif: Məsim MƏSİMZADƏ