"Neftçi" daha bir tərəfdaşlıq müqaviləsi imzalayıb

ESTAFET/ "Neftçi” PFK-nın tərəfdaşları arasına daha bir şirkət daxil olub. Bu, "Mineral Sular” MMC-dir. Tərəflər arasında bağlanmış 1 illik müqaviləyə əsasən, "Mineral Sular” MMC bu müddət ərzində "Neftçi” klubunun bütün su təminatını öz üzərinə götürüb. Razılaşmanın şərtlərinə görə "Neftçi” və "Neftçi-2” komandalarının oyun formalarının qoluna şirkətin "Vita1000 Mineral Sular” brendinin loqosu vurulmaqla yanaşı, qarşı tərəfə digər reklam xidmətləri də göstəriləcək.

 

Qeyd edək ki, hər bir əməkdaşlığa çox önəm verən "Neftçi” PFK-nın əsas tərəfdaşları SOCAR və Türk Hava Yolları şirkətidir. Yeni sponsorlar axtarışını davam etdirən klub, yaxın zamanda daha bir şirkətlə tərəfdaşlıq müqaviləsi imzalayacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV