4-cü turun ən yaxşısı Səlahət oldu
ESTAFET/ “İnStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün IV turunun ən yaxşı futbolçusu məlum olub.
Bu, Azərbaycan milli komandasının və “Neftçi”nin qapıçısı Səlahət Ağayevdir. “Keşlə”yə qarşı keçirilən və “Neftçi”nin 2-0 hesablı qələbəsi ilə başa çatan görüşdə əla təsir bağışlayan Ağayev turun ən yüksək indeksə malik olan futbolçusudur.