Yaponiyada milli komandamız üçün ziyafət təşkil edilib

ESTAFET/ Bu gün Yaponiyanın Senday şəhərinin meri, Sendayda təlim məşq toplantısında olan Azərbaycan, İtaliya milli komandaları və hər iki ölkənin səfirləri üçün ziyafət təşkil edib. Ziyafətdə Azərbaycanın Yaponiyadakı səfirinin müşaviri Fərid Talıbov, Milli komandamızın baş məşqçisi Faiq Qarayev çıxış ediblər.


Ziyafətdə iştirak edən millinin baş məşqçisi və səfirlik nümayəndəsi təşkilatşılara öz minnətdarlıqlarını bildiriblər.

 

Faiq Qarayev: "Belə bir tədbiri keçirdiyiniz üçün təşəkkür edirəm. Dünya çempionatında iştirak etmək böyük uğurdur. Ölkəmizdə idmana böyük diqqət və qayğı var burda olmağımız da diqqətin nəticəsidir.


Fərid Talıbov: Mən də bu təşkilatçılıq üçün sizlərə təşəkkürümü bildirirəm. Dünya Çempionatında iştirak etdiyi üçün millimizi, xalqımızı təbrik edirəm. Bu böyük nəticədir. Çempionatın başlamasına artıq sayılı günlər qalıb. Komandamıza uğurlar arzu edirəm.


Qeyd edək ki, millimiz İtalya komandası ilə 25-26 sentyabr tarixlərində yoldaşlıq görüşləri keçirəcəkdir. Dünya Çempionatı isə 29 sentyabrda start götürəcəkdir. 

Müəllif: Bəhruz MƏMMƏDOV