İntizam Komitəsinin iclası keçirildi

ESTAFET/ İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

Topaz Premyer Liqasının V turunun “Zirə” – “Neftçi” matçının 45-ci dəqiqəsində “Zirə” və “Neftçi” klublarının baş məşqçiləri Samir Abasov və Roberto Bordin bir-biriləri ilə sərt mübahisə etdiklərinə görə texniki zonadan kənarlaşdırılıblar. Bu səbəbdən hər iki məşqçi 1 oyun cəzalanır, klublar 800 manat cərimə olunur (maddə 62).

 

Mətbuat konfransında “Zirə” klubunun baş məşqçisi Samir Abasova 4-cü hakim haqqında kinayə ilə danışdığına görə xəbərdarlıq olunur. Bu hal yenidən baş verəcəyi təqdirdə məşqçini cəza gözləyir.

 

Topaz Premyer Liqasının V turunun “Keşlə” – “Sumqayıt” matçının 90+2-ci dəqiqəsində “Keşlə” klubunun 14 №-li futbolçusu Klennon Andre ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

 

Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun məşqçisi Anton Dioçenko aqressiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə 10 oyun cəzalanır, klub 8000 manat cərimə olunur (maddə 38.5, 38.8).

 

Topaz Premyer Liqasının V turunun “Qarabağ” – “Qəbələ” matçının 90+2-ci dəqiqəsində “Qəbələ” klubunun 33 №-li futbolçusu Təmkin Xəlilzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 37.1).

 

I Divizionun IV turunun “Keşlə-2” – “Səbail-2” matçında “Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

 

I Divizionun IV turunun “Qaradağ Lökbatan” – “Sabah-2” matçının 90+3-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Elçin Dərgahquliyev texniki zona qaydalarını pozub. Bu səbəbdən kənarlaşdırılan baş məşqçi 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur (maddə 62).

 

I Divizionun IV turunun MOİK – “Zirə-2” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

 

I Divizionun IV turunun “Zaqatala” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

 

Oyunun 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun 19 №-li futbolçusu Eltac Mirzəyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyun cəzalanır, klub 240 manat cərimə olunur (maddə 38.2). 

Müəllif: Bəhruz MƏMMƏDOV