Baş katib yığma komanda ilə görüşüb

ESTAFET/ AFFA-nın baş katibi Elxan Məmmədov bu gün 19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.

 

Baş katib Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq yığmamıza uğurlar arzulayıb.


Qeyd edək ki, yığmamız Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində oktyabrın 3-də Türkiyə, 6-da İsveçrə, 3 gün sonra isə Kipr komandası ilə qarşılaşacaq. Yığmamızın mübarizə aparacağı II qrupun oyunları Türkiyədə təşkil olunacaq. 

Müəllif: Natiq NƏSİROV