"Meydançada olan hər bir oyunçu...": Liza Səmədova

ESTAFET/ Sabahdan etibarən Yaponiyada qadın voleybolçular arasında növbəti Dünya çempionatı start götürəcək. Mundialda iştirak edəcək millimizin üzvləri yarış haqda öz fikirlərini bölüşüblər. Komandamızın əsas oyunçularından olan Yelizaveta Səmədova maraqlı fikirlər səsləndirib.   

 

"2016-cı ildə İtaliyada keçirilən Dünya Çempionatına məndə milli komandanın tərkibində getmişdim. Sadəcə olaraq o vaxt mən yalnız tribunadan oyunları seyircilərlə bir izləyirdim. Amma bu gün 4 il sonra mən milli komandanın heyətində ölkəmizi Dünya Çempionatında təmsil edirəm. Biz böyük inamla seçmə mərhələdə rəqiblərimizə qalib gələrək Dünya Çempionatına vəsiqəni qazandıq və artıq sabah 29 sentyabrda bu böyük yarış başlayır. Bu yarışa gedən yolda deyərdim ki, biz komanda olaraq çox təlim məşqlər keçirdik, çox yoldaşlıq görüşü oynadıq və sabah sonuncu Dünya çempionu olan Amerika millisi ilə qarşılaşacağıq. İndi hamı hər halda düşünür: həyəcanlıyıqmi? qalıb gələcəyikmi? Mənim fikrimcə meydançada olan hər bir oyunçu qələbə üçün meydançaya çıxır. Biz də əlimizdən gəldiyi qədər yaxşı oynamağa çalışacağıq. Amma ən əsası bizi sevən, izləyən azarkeşlərin bizə dəstəyi və inanması lazımdır".

Müəllif: Bəhruz MƏMMƏDOV