Voleybolçularımızdan mundialda ilk qələbə

ESTAFET/ Bu gün voleybol üzrə qadınlardan ibarət milli komandamız Yaponiyada keçirilən 2018 Dünya Çempionatında qrupda ikinci oyununu keçirib.

 

"C Qrupunda yer alan və oyunlarını Yaponiyanın Kobe şəhərində keçirən qızlarımızın rəqibi Koreya yığması olub. Birinci və ikinci setdə 25-18 hesabı ilə qalib gələn Faiq Qarayevin yetirmələri üçüncü seti 23-25 hesabı məğlub bitiriblər. Dördüncü hissədə yenidən toparlanan qızlarımız üstünlüyü ələ alıblar və ilk hissələrdə olduğu kimi yenə 25-18 hesabı ilə qalib gəliblər və mundial ilk qələbəmizi rəsmiləşdiriblər.

 

Xatırladaq ki, dünən keçirilən ilk turun oyununda millimiz son Dünya çempionu ABŞ yığmasına məğlub olmuşdu. 

Müəllif: Natiq NƏSİROV