"Məğlubiyyətdən sonra nəticə çıxardıq": Odina Əliyeva

ESTAFET/ Yaponiyada keçirilən qadın voleybolçular arasındakı Dünya çempionatında dünən ABŞ-a məğlub olan millimizin kapitanı Odina Əliyeva sönük oyunundan sonra azarkeşlər tərəfindən müəyyən tənqidlərə tuş gəlmişdi. Bu gün Koreya yığması üzərində qazanılan qələbədə özünü pis göstərməyən Odina oyun haqda fikirlərini bölüşüb:

 

"Dünənki məğlubiyyətdən sonra nəticə çıxartdıq və hər birimiz bu görüşə var gücümüz ilə hazırlaşdıq. Məşqçilər bizi həm fiziki həm də psixoloji hazırladılar.Çünki Koreya yığma komandası Amerika millisindən tamamilə fərqli voleybol oynayır. Koreyalılar daha sürətli voleybol oynayırlar. Dünən də demişdim ki, mən öz komandamı, qızlarımızı çox sevirəm və onlara inanıram, meydançada onlarla özümü daha inamlı hiss edirəm. Bu qələbə münasibəti ilə komandamı və Azərbaycanda olan azarkeşləri təbrik edirəm". 

Müəllif: Bəhruz MƏMMƏDOV