"Keşlə" 800 manat cərimələndi

ESTAFET/ İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

 

Topaz Premyer Liqasının VI turunun “Qəbələ” – “Keşlə” matçında “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

 

I Divizionun V turunun “Sabah-2” – “Keşlə-2” matçında “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

 

I Divizionun V turunun “Sumqayıt-2” – “Qarabağ-2” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 80 manat cərimə olunur (maddə 40).

 

I Divizionun V turunun “Zirə-2” – “Neftçi-2” matçının 70-ci dəqiqəsində “Neftçi-2” klubunun 47 №-li futbolçusu Əsgər Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).

 

I Divizionun V turunun “Səbail-2” – “Ağsu” matçında “Səbail-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

 

I Divizionun V turunun “Turan Tovuz” – “Zaqatala” matçında “Turan Tovuz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40). Oyunun 72-ci dəqiqəsində “Turan Tovuz” klubunun 19 №-li futbolçusu Şahin Quluzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 

I Divizionun V turunun “Şüvəlan” – MOİK matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40). Oyunun 90+2-ci dəqiqəsində “Şüvəlan” klubunun 91 №-li futbolçusu Elçin Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılarkən rəqib futbolçuya qarşı qeyri-etik ifadələr işlətdiyinə görə 4 oyun cəzalandırılır, klub 180 manat cərimə olunur (maddə 48) (maddə 42.1). Oyunun 90+3-cü dəqiqəsində MOİK klubunun 10 №-li futbolçusu Orxan Həsənov rəqibə qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılır, klub 160 manat cərimə olunur (maddə 42.1). 

Müəllif: Orxan NOVRUZOV