“Sumqayıt”ın rekordçusundan yubiley

ESTAFET/ “Sumqayıt”ın futbolçusu Bəxtiyar Həsənalızadə Azərbaycan çempionatlarında 150-ci oyununu keçirib.

 

Yubiley Topaz Premyer Liqasının VI turunun “Zirə” ilə ev matçına təsadüf edib. Sumqayıtın eyniadlı təmsilçisinin heyətində ən çox çempionat oyunu keçirən Bəxtiyar bu müddətdə 4 qol vurub. Rekordçu Premyer Liqada yalnız bir komandanın formasını geyinib. 

Müəllif: Məsim MƏSİMZADƏ