Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib

ESTAFET/ AFFA, YAP Xəzər rayon təşkilatı və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mərdəkan qəsəbəsində yerləşən “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəb”ində “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində tədbir keçirilib.

 

Tədbirdə Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon İcra hakimiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər. Tədbir iştirakçıları uşaqların təhsil və yaşayış şəraiti ilə tanış olublar. Tədbir Şuvəlan qəsəbəsində yerləşən “McDonalds”da davam etdirilib. Əyləncə mərkəzi uşaqların ixtiyarına verilib, onlar üçün nahar süfrəsi təşkil olunub. Tədbirin sonunda uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb.

 

Müəllif: Məsim MƏSİMZADƏ