Şahmatçılarımızdan ilk xal itkisi

ESTAFET/ Batumidə keçirilən 43-cü Şahmat Olimpiadasında bu gün 7-ci turun oyunları baş tutub. 6 turdan sonra maksimum nəticə göstərən kişilərdən ibarət yığmamız yarışda ilk xal itkisi ilə üzləşib. Belə ki, Polşa ilə qarşılaşan şahmatçılarımız bütün lövhələrdə sülhə razılaşıblar. Bu bərabərlikdən sonra komandamız 13 xalla 1-3-cü yerləri bölüşür
Qadınlardan ibarət yığmamız da eyni nəticəni İtaliya ilə görüşdə təkrarlayıb. Qadınlarımızın hesabında 11 xal var.
Kişilər
Polşa - Azərbaycan 2:2
Jan-Kristof Duda (2739) - Şəhriyar Məmmədyarov (2820) 0,5:0,5
Teymur Rəcəbov (2751) - Radoslav Voytaşek (2727) 0,5:0,5
Yatsek Tomçak (2614) - Arkadi Naydiç (2721) 0,5:0,5
Eltac Səfərli (2676) - Kamil Draqun (2567) 0,5:0,5
Qadınlar
İtaliya – Azərbaycan 2:2
Olqa Zimina (2421) - Günay Məmmədzadə (2438) 0,5:0,5
Zeynəb Məmmədyarova (2358) - Yelena Sedina (2267) 0,5:0,5
Dezire di Benedetto (2321) - Xanım Balacayeva (2326) 0,5:0,5
Ülviyyə Fətəliyeva (2320) - Marina Brunello (2294) 0,5:0,5
