Millimiz Rusiya, Çin, ABŞ, İtaliya ilə yarışacaq

ESTAFET/ Azərbaycanın qadınlardan ibarət voleybol milli komandasının Yaponiyada keçirilən dünya çempionatının ikinci mərhələsindəki rəqibləri məlum olub. Azərbaycan yığması növbəti mərhələdə Rusiya, Çin, İtaliya, ABŞ, Tailand, Türkiyə və Bolqarıstanla eyni qrupda mübarizə aparacaq.

 

Ən yaxşı nəticəyə malik 3 milli komanda üçüncü mərhələyə vəsiqə qazanacaq. Pley-offa isə ilk 2 yeri tutanlar gedəcək.

 

İkinci qrup mərhələsinin oyunlarına oktyabrın 7-də start veriləcək.  

Müəllif: Bəhruz MƏMMƏDOV