İkinci tura yekun vuruldu: ÇL - qrup mərhələsi

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turuna yekun vurulub. Mərhələnin ikinci oyun günündə 8 qarşılaşma baş tutub.

 

Türkiyə təmsilçisi “Qalatasaray” səfərdə “Portu”ya minimal hesabla məğlub olub. 

 

Günün ən maraqlı görüşlərindən biri İngiltərədə yerli “Tottenhem”lə İspaniya çempionu “Barselona” arasında baş tutub. Bol qollu keçən görüşü qonaqlar qalib başa vurublar. 

 

“Napoli” - “Liverpul” görüşündə isə oyunun taleyini son dəqiqədə meydan sahibləri öz xeyirlərinə həll ediblər. 

 

UEFA Çempionlar Liqası, 2018/2019 mövsümü
Qrup mərhələsi, 2-ci turun oyunları


3 oktyabr 2018

 

A qrupu

 

Borussiya (Dortmund, Almaniya) - Monako (Fransa) 3:0
Qollar: Larsen 51, Alkaser 72, Roys 90

 

Atletiko (İspaniya) - Brügge (Belçika) 3:1
Qollar: Qrizmann 28, 67, Koke 90 : Qroneveld 39

 

B qrupu

 

PSV (Hollandiya) - İnter (İtaliya) 1:2
Qollar: Rosario 27 : Naynqqolan 44, İkardi 66

 

Tottenhem (İngiltərə) - Barselona (İspaniya) 2:4
Qollar: Keyn 52, Lamela 66 : Koutinyo 2, Rakitiç 28, Messi 56, 90

 

C qrupu

 

PSJ (Fransa) - Srvena Zvezda (Serbiya) 6:1
Qollar: Neymar 20, 22, 81, Kavani 37, Di Mariya 42, Mbappe 70 : Marin, 74

 

Napoli (İtaliya) - Liverpul (İngiltərə) 1:0
Qol: İnsinye 90

 

D qrupu

 

Lokomotiv (Moskva, Rusiya) - Şalke (Almaniya) 0:1
Qol: Makkenni 88

 

Portu (Portuqaliya) - Qalatasaray (Türkiyə) 1:0
Qol: Mareqa 49

Müəllif: Məsim MƏSİMZADƏ