Azərbaycan və Kosovo ilə oyuna 24 futbolçu çağırıldı

ESTAFET/ Malta millisinin UEFA Millətlər Liqasında Kosovo və Azərbaycanla oyunlar üçün heyəti açıqlanıb. Malta futbol federasiyasının rəsmi saytının məlumatına görə, siyahıya 24 futbolçu salınıb.

 

Qapıçılar: Anri Bonelyo (“Valletta”), Endryu Hoqq (“Hibernians”), Stiv Sultana (“Baltsan”)

Müdafiəçilər: Andrey Aqius, Jozef Mbonq (hər ikisi “Hibernians”), Ferdinando Apap (“Viktoriya Hotspurs”), Keyn Attard (“Birkirkara”), Stiv Borq, Rayan Kamilyeri, Jozef Zerafa (hamısı “Valletta”), Kleyton Faylla (“Floriana”), Maykl Conson (“Baltsan”)

Yarımmüdafiəçilər: Roderik Briffa, Xuan Korbalan (hər ikisi "Qzira Yunayted"), Pol Feneç, Cek Qreç (hər ikisi “Birkirkara”), Byorn Kristensen (“Hibernians”), Rouen Muskat (“Valletta”), Stefan Pisani (“Floriana”)

Hücumçular: Endryu Kohen (“Qzira Yunayted”), Alfred Effionq (“Baltsan”), Jan-Pol Farrucia (“Slima Uonderers”), Maykl Mifsud (“Birkirkara”), Andre Şembri (“Apollon”, Kipr).

 

Xatırladaq ki, Malta oktyabrın 11-də Kosovo, 14-də isə Azərbaycanla qarşılaşacaq. 

Müəllif: Orxan NOVRUZOV