"Vorskla" və "Sportinq"lə matçın biletləri satışda

ESTAFET/ “Qarabağ”ın futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində son iki ev oyunun biletləri artıq satışdadır. 25 oktyabrda Ukraynanın “Vorskla” (Poltava) klubuyla matçın biletlərinin qiymətləri müvafiq sektorlara görə 2, 4, 8, 10 və 50 (VİP) AZN arasında dəyişir. Noyabrın 29-u Portuqaliyanın “Sportinq” klubuyla matçın biletləri isə 2, 5, 10, 15 və 50 (VİP) AZN arasında dəyişir.

 

Biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və ya onlayn olaraq iticket.az saytından əldə edə bilərsiniz.

 

Satış məntəqələri:

“Qarabağ” FK (Fan-Şop)

Gənclik Mall

28 Mall

ASAN Xidmət (1,2, 3, 4 və Sumqayıt)

İticket satış məntəqələri 

Müəllif: Orxan NOVRUZOV