İnStat VII turun ən yaxşısı kimi Miloş Radivoyeviçi seçdi

ESTAFET/ InStatın təhlilinə əsasən futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün VII turunun ən yaxşı oyunçusu məlum olub.

 

Bu, “Zirə”nin müdafiəçisi Miloş Radivoyeviçdir. “Qəbələ”yə qarşı keçirilən oyunda serb futbolçu yeganə qolun müəllifi olub. Araşdırmalara əsasən Radivoyeviç turun ən yüksək indeksə malik olan futbolçusudur. 

Müəllif: Natiq NƏSİROV