Gənclərimiz Norveç səfərindən bərabərliklə dönür

ESTAFET/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün AÇ-2019-un seçmə mərhələsi çərçivəsində son oyununu keçirib. Gənclərimiz səfərdə Norveçlə üz-üzə gəlib.

 

İndiyədək keçirdiyi 9 oyundan yalnız 2-də heç-heçə edib, 7-də məğlub olan Azərbaycan millisi seçmə mərhələnin son oyununda da qələbə üzünə həsrət qalıb. Erkən qola sevinən millimiz, qələbə hesabını qorumağı bacarmayıb.

 

Bu gün Azərbaycan yığmasının yer aldığı qrupda həm də İsrail - Kosovo (3:0) və Almaniya - İrlandiya (2:0) matçları baş tutub.

 

AÇ-2019-un seçmə mərhələsi
5-ci qrup


16 oktyabr 2018

 

Norveç - Azərbaycan 1:1

Qollar: Leo Ostiqard, 76 : Fəhmin Muradbəyli 9 (p.)
Hakimlər: Volen Çinkov, Deniz Sokolov, Miroslav Maksimov, Nikolay Yordanov (Bolqarıstan).
Drammen. “Maryenlist” stadionu.

 

Norveç: 1. Sondre Rossbax, 2. Yulian Ryerson, 5. Ulrik Yenssen, 6. Vebyorn Hoff, 8. Morten Torsbi (k), 9. Birk Risa, 11. Tobias Haynts, 15. Nikolas Mikkelson, 16. Tobias Borkeyet, 17. Dennis Yonsen, 19. Leo Ostiqard.
Ehtiyat oyunçular: 12. Vilyar Mihra, 3. Andreas Olsen, 4. Ulrik Fredriksen, 7. Morten Konradsen, 13. Martin Samuelsen, 18. Erlinq Haland.
Baş məşqçi: Leif Gunnar Smerud.
Azərbaycan: 12. Kaman İbrahimov, 2. Sertan Taşqın, 3. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə (k), 6. Hacıağa Hacıyev, 8. Budaq Nəsirov, 9. Fəhmin Muradbəyli, 11. Barış Ekincier, 15. Ömər Buludov, 19. Eltun Turabov, 20. Yusif Nəbiyev.
Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 5. Elvin Sərkərov, 7. Fərid Nəbiyev, 10. Qismət Əliyev, 16. İsmayıl İbrahimli, 17. Ozan Can Kökçü, 18. Amin Seydiyev.
Baş məşqçi: Rəşad Sadıqov.

 

Almaniya - 25, Norveç - 15, İrlandiya - 14, İsrail - 14, Kosovo - 12, Azərbaycan - 3. 

Müəllif: Bəhruz MƏMMƏDOV