“FASA” AİLƏLƏRİ SAHİLYANI TƏMİZLİKDƏ İŞTİRAK ETDİLƏR
19 sentyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi “Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü” çərçivəsində ənənəvi sahilyanı təmizlik aksiyasında iştirak etmişdir. Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günündə keçirilmiş layihəsinin əsas məqsədi böyük miqyasda tullantılarla dolu olan, Binəqədi rayonunda yerləşən ictimai çimərliyinin təmizlənməsi və insanların bu kimi sahələrdə tullantılara qarşı mübarizə aparmasıdır. Tədbir zamanı MOK ilə birgə həyata keçirdiyi “Fəal Ailəm, Sağlam Aləm” proqramının iştirakçı ailələri və işçi heyətinin üzvləri ilə yanaşı layihənin təşkilatçıları olan “Green Baku”, həmçinin “Let’s Do It! Azerbaijan”proqramı, Green ASAN könüllülər qrupu, Binəqədi rayon İcra Hakimiyyəti iştirak etmişdilər.
Xatırladaq ki, “Fəal Ailəm, Sağlam Aləm” proqramının əsas məqsədi sağlam və fəal həyat tərzini təbliğ etməklə, daha çox insanı, xüsusilə uşaq və valideynləri Olimpiya hərəkatına cəlb etməkdir.