Millimizin oyunlarının təqvimi bilindi
ESTAFET/ 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının başlama vaxtı açıqlanıb. Albaniyada keçiriləcək VIII qrupun görüşləri oktyabrın 23-də başlayacaq.
Ramin Quliyevin yetirmələri ilk matçda Norveç, ardınca Çexiya ilə görüşəcək. Komandamız son turda meydan sahibləri ilə üz-üzə gələcək.
U-17 Avropa çempionatının seçmə mərhələsi
VIII qrup
I tur, 23 oktyabr 2018
14:00 Azərbaycan – Norveç
Luşnya. Roza Haciu stadionu
II tur, 26 oktyabr 2018
14.00 Azərbaycan - Çexiya
Luşnya. Roza Haciu stadionu
III tur, 29 oktyabr 2018
17:00 Albaniya – Azərbaycan
Elbasan. “Elbasan Arena”
Qeyd edək ki, seçmə mərhələnin 13 qrupunun hərəsindən iki komanda, həmçinin 3-cü yer sahibləri arasında ən yaxşı nəticəyə malik 4 yığma elit-raunda yüksələcək.