"Bu, Allahın bizə verdiyi hədiyyədi": Aftandil Hacıyev

ESTAFET/ "Səbail"in baş məşqçisi Aftandil Hacıyev futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının VIII turunda "Qarabağ"a 0:1 hesabıyla uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Sport24.az xıbər verir ki, gənc mütəxəssis əvvəlcə matçı şərh edib.

 

- Maraqlı oyunun şahidi olduq. Məzmunlu, çox sürətli oyun alındı. Futbolçular layiqli mübarizə apardılar. Bu tempi davam etdirə bilsək, xallarımızı artıracağıq. Əsas rəqiblırimiz hələ qarşıdadı.

 

- Sizi Premyer Liqanın ən şanslı baş məşqçisi saymaq olar. Yenə texniki qələbə qazanacaqsınız...

- İndi xəbər tutdum ki, texniki səhv olub. Hər ikisində layiqli mübarizə apardıq. "Zirə"ylə matçda xal da qazanmışdıq. Bu, Allahın bizə verdiyi hədiyyədi. Bunu heç kəs poza bilməz. Bu səhv bizim də başımıza gələ bilər və ona görə də bizi məsuliyyətli olmağa çağırır. Texniki səhv "Qarabağ"ın gücnü azaltmır. Ölkəmizdə son 5 ilin çempionudu. "Qarabağ"a Avropa Liqasında qarşıdakı oyunlarda uğurlar arzulayıram.  

Müəllif: Estafet.az