“Qarabağ” - “Vorskla” matçının hakimləri bəlli oldu

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - “Vorskla” (Ukrayna) oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Oyunu İsraildən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Roi Reinşreyber olacaq.

 

Oktyabrn 25-də Bakı Olimpiya stadionunda keçiriləcək “Qarabağ” - “Vorskla” matçı saat 20:55-də start götürəcək.

 

Baş hakim: Roi Reinşreyber
Köməkçi hakimlər: Danni Krasikou, David Elias Bitton
Dördüncü hakim: Amihay Yehoşua Mozes
Əlavə köməkçi hakimlər: Alon Yefet, Daniel Bar Natan (hamısı İsraildən)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
UEFA nümayəndəsi: Kazimierz Oleszek (Polşa) 

Müəllif: Natiq NƏSİROV