Deviç uzun müddətə sıradan çıxdı

ESTAFET/ "Sabah" heyətlə bağlı ciddi problemlə üzləşib. Vurduğu 5 qolla Topaz Premyer Liqasının (TPL) da bombardiri olan Marko Deviç uzun müddətə sıradan çıxıb.

 

Komandanın baş məşqçisi Elşad Əhmədov bizimlə söhbətdə xəbəri təsdiqləyərək, 35 yaşlı hücumçunun məşq prosesində zədələndiyini söyləyib. Belə ki, legionerin dizində problem var: "Deviç ən azı iki həftəlik sıradan çıxıb. Bu müddətdə müalicə olunacaq. Yaşıl meydana qayıdışı müalicənin gedişatından asılı olacaq. Əlbəttə, Markonun yoxluğu bizim üçün ciddi itkidi. O, eyni zamanda çempionatın bombardiri idi. Ancaq zədədən heç kim sığortslanmayıb. Düşünürdük ki, futbolçumuzda zədə ola bilər. Üzləşdiyimiz çətin vəziyyətdən çıxmağa çalışacağıq".

 

Qeyd edək ki, "Sabah" TPL-in növbəti turunda sabah "Zirə"ni qəbul edəcək. Deviç yeganə dublunu məhz rəqiblə matçda reallaşdırıb.  

 

Mənbə: Sport24

Müəllif: Natiq NƏSİROV