Turun ən yaxşısı Monroz oldu

ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının VIII turunun rəmzi komandası və ən yaxşı futbolçusu müəyyənləşib. Peşəkar Futbol Liqasının “İnstat” şirkətinin təhlilləri əsasında açıqladığı “11-lik”də “Qəbələ”nin iki futbolçusu yer alıb.

 

Onlardan biri – Stiven Monroz komandaya turun ən yaxşısı kimi daxil edilib. “Neftçi” üzərində 3:1 hesablı qələbədə 1 qol və 2 məhsuldar ötürmə ilə pay sahibi olan fransalı hücumçu “İnStat”ın araşdırmalarına görə ən yüksək indeksə layiq görülüb. 

Müəllif: Natiq NƏSİROV