"Neftçi" - "Qarabağ" oyununun biletləri satışda

ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində oktyabrın 28-i saat 17:00-da "Bakcell Arena”da keçiriləcək "Neftçi” - "Qarabağ” oyununun biletləri bu gün satışa çıxarılıb.

 

Biletlərin qiyməti VIP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir. Biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür. 

Müəllif: Natiq NƏSİROV