Badmintonçularımız reytinqdə irəlilədi

ESTAFET/ Beynəlxalq Badminton Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Badmintonçumuz Edi Reski Dviçayo kişilərin şəxsi reytinq siyahısında 10 pillə irəliləyib. Hazırda 125-ci sırada qərarlaşan Edinin hesabında 13870 reytinq xalı var. Siyahıda irəliləyənlər arasında digər badmintonçumuz Ezmi Qovimuramadhoni də var. 271-ci sıraya yüksələn Qovimuramadhoni reytinqdə 21 pillə irəliləyib. Ezminin aktivindəki xalların sayı 5438-ə bərabərdir. Kişilərin qoşa reytinqində 2 pillə irəliləyən Edi-Ezmi tandemi siyahıda 116-cıdır. Badmintonçularımızın reytinq xallarının sayı 11290-a bərabərdir. 

Müəllif: Natiq NƏSİROV