Aran-Qarabağ bölgəsində yarışlara yekun vuruldu

ESTAFET/ Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə bölgə birincilikləri davam edir. Ağcabədidə keçirilən region birinciliyinə yekun vurulub. Aran-Qarabağ bölgəsində 2002-2004-ci il təvəllüdlü yeniyetmə cüdoçular arasında qaliblərin adlarına aydınlıq gəlib.

 

Oğlanlar arasında İsmayıl Nəsibov (46 kq), Rəşad Rzayev (50 kq), Yusif Nadirov (55 kq), Elşad İsmayılzadə (60 kq), Pünhan Göyüşov (66 kq), Xəyal Nərimanov (73 kq), Eyyub Qarayev (81 kq), Rafael Nəbiyev (90 kq) və Vüsal Qarayev (+90), qızlar arasında isə Ləman Fərəcova (40 kq), Nazibə Məmmədova (44 kq) və Fatimə Cəbrayılova (55 kq) yarışların qalibi adını qazanıblar. 

 

Mükafatçılara Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim olunub. 

Müəllif: Natiq NƏSİROV