"İnter" Romadan zəfərlə dönür: Serie A - X tur

ESTAFET/ Futbol üzrə İtaliya A Seriyasında 10-cu turun oyunlarına bu gün Romada keçirilən qarşılaşma ilə yekun vurulub.
İlk oyun günündə "Yuventus" Ronaldonun dublla fərqləndiyi oyunda növbəti qələbəsini qazanmışdı. İkinci oyun günündə "Milan" evdə çətin də olsa "Sampdoriya"nın müqavimətini qırmağı bacarmışdı. Həmən günün və turun qarşılaşması olan "Napoli" - "Roma" görüşü bərabərliklə yekunlaşıb.
Turun son oyununda “Latsio” “İnter”i qəbul edirdi. Milan təmsilçisi səfərdə böyük hesabla qələbə qazanıb.
İtaliya A Seriyası, 2018/2019 mövsümü
10-cu turun oyunları
27 oktyabr 2018
Atalanta - Parma 3:0
Qollar: Qaqliolo 55 (ö.q.), Palomino 72, Mançini 80
Empoli - Yuventus 1:2
Qollar: Kaputo 28 : Ronaldo 54 (p.), 70
Torino - Fiorentina 1:1
Qollar:Lafont 13 (ö.q.) : Benassi 2
28 oktyabr 2018
Sassuolo - Bolonya 2:2
Qollar: Marlon 17, Boatenq 85 : Palasio 2, Mbaye 56
Kalyari - Kyevo 2:1
Qollar: Pavoletti 15, Kastro 59 : Stepinski 79
Cenoa - Udineze 2:2
Qollar: Romulo 32, Romero 67 : Lasanya 65, De Paul 70
SPAL - Frozinone 0:3
Qollar: Çibsah 40, Çiano 53, Pinamonto 89
Milan - Sampdoriya 3:2
Qollar: Kutrone 17, İquayn 36, Suso 62 : Saponara 21, Kvalyarella 31
Napoli - Roma 1:1
Qollar: Mertens 90 : El Şaaravi 14
29 oktyabr 2018
Latsio - İnter 0:3
Qollar: İkardi 28, 70, Brozoviç 41

