1/16 final mərhəlisinin ilk oyunları: Copa Del Rey

ESTAFET/ Futbol üzrə İspaniya Kubokunda 1/16 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Mərhələdə bir sıra maraqlı və gözlənilməz nəticələr qeydə alınıb. Belə ki, "Sevilya" səfərdə aşağı liqa təmsilçisi "Vilyanovense"nin müqavimətini qıra bilməyib. "Espanyol" isə səfərdə "Kadis"ə uduzub.

 

"Selta" ilə "Real Sosyedad"ın duelində qalib müəyyənləşməyib.

 

"Vilyarreal" da 6 qolun qeydə alındığı "Almeriya" ilə səfər matçında qələbə qazana bilməyib.

 

 

İspaniya Kuboku, 2018/2019 mövsümü
1/16 final mərhələsi, ilk oyunlar


30 oktyabr 2018

 

Ebro - Valensiya 1:2
Luqo - Levante 1:1
Leqanes - Rayo Valyekano 2:2
Sant Andreu - Atletiko 0:1

 

31 oktyabr 2018

 

Melilya - Real 0:4
Kordoba - Xetafe 1:2
Alaves - Jirona 2:2
Malyorka - Real Valyadolid 1:2
Leonesa - Barselona 0:1

 

1 noyabr 2018

 

Sportinq (Xixon) - Eybar 2:0
Selta - Real Sosyedad 1:1
Vilyanovense - Sevilya 0:0
Almeriya - Vilyarreal 3:3
Kadis - Espanyol 2:1
Rasinq - Betis 0:1 

Müəllif: Natiq NƏSİROV