Qitə çempionatında rəqiblərimiz məlum olub

ESTAFET/ Futzal üzrə 19 yaşadək komandalar arasında Avropa çempionatının ilkin və əsas seçmə mərhələlərinin püşkü atılıb. Əsas mərhələdən mübarizəyə başlayacaq yığmamız ilkin mərhələnin B qrupunun qalibi ilə yanaşı Sloveniya və Niderland komandaları ilə 2-ci qrupda yer alıb.


Qrup mərhələsinin oyunları 26-31 mart tarixlərində Sloveniyada keçiriləcək. 

Müəllif: Natiq NƏSİROV