"Bilmirəm hansı qərarı istəyirsiniz": Nazim Süleymanov

ESTAFET/ "Çətin oyun oldu. Təəssüf ki, məğlub olduq. Rəqib bizə oyunun ilk dəqiqələrində arxadan oynamağı məcbur etdi. Qol epizodları da oldu. Elə də pis oynamadıq. Əfran bir neçə epizoddan yararlana bilmədi. Rəqibin fərdi keyfiyyətləri öz sözünü dedi: Bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının X turunda "Neftçi"yə səfərdə 0:2 hesabıyla uduzduqları matçdan sonra deyib.

 

Təcrübəli mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

 

- Komandada sanki sürət çatmırdı, istək yox idi. Nə dəyişib?

- Elə də böyük dəyişikliklər yoxdu, hər şey meydanda göründü. "Qarabağ" yaxşı oynadı. Kim istər ki, məğlub olsun?

 

- Nazim Süleymanov hər an verilən qərara hazırsdımı?

- Bilmirəm hansı qərarı istəyirsiniz. Bura işləməyə gəlirdik. Hər komandanın məqsədi var. Biz də o yolla hərəkət edirik. Məğlubiyyət varsa ,əlbəttə rəhbərlik sual verməlidi. 

Müəllif: Estafet.az