"Haddersfild" öz meydanında ilk qolunu vurdu: Premier League - XI tur

ESTAFET/ Futbol üzrə İngiltərə Premyer Liqasında 11-ci tura yekun vurulub. Turun əksər qarşılaşmaları ilk oyun günü baş tutub. "Mançester Yunayted", "Nyukasl", "Lester", "Everton", "Vest Hem" və "Tottenhem" növbəti qələbələrinə seviniblər. Günün və turun mərkəzi qarşılaşması olan "Arsenal" - "Liverpul" görüşündə tərəflər tək qola imza ataraq meydandan sülhlə ayrılıblar.  

 

İkinci oyun günündə turnir cədvəlinin lideri "Mançester Siti" və onun izləyicilərindən olan "Çelsi" növbəti qələbələrini qazanıblar. 

Turun son oyununda "Haddersfild" evdə "Fulhem"ə minimal hesabla qalib gəlib.


İngiltərə Premyer Liqası, 2018/2019 mövsümü
11-ci turun oyunları


3 noyabr 2018


Bornmut - Mançester Yunayted 1:2
Qollar: Vilson 11 : Marsial 35, Reşford 90


Nyukasl - Uotford 1:0
Qol: Peres 65


Kardiff Siti - Lester 0:1
Qol: Qrey 55


Everton - Brayton 3:1
Qollar: Riçarlison 26, 77, Koleman 50 : Dank 33


Vest Hem - Bernli 4:2
Qollar: Arnautoviç 10, Anderson 68, 84, Çiçarito 90 : Qudmundsson 45, Vud 77


Arsenal - Liverpul 1:1
Qollar: Lakazett 82 : Milner 61


Vulverhemtpon - Tottenhem 2:3
Qollar: Neves 68 (p.), Ximenes 79 (p.) : Lamela 27, Moura 30, Keyn 62


4 noyabr 2018


Mançester Siti - Sauthempton 6:1
Qollar: Hödt 6 (ö.q.), Aquero 12, D.Silva 18, Sterlinq 45, 67, Sane 90 : İnqs 30 (p.)


Çelsi - Kristal Pelas 3:1
Qollar: Morata 32, 65, Pedro 70 : Tounsend 53


5 noyabr 2018


Haddersfild - Fulhem 1:0
Qol: Mensah 29 (ö.q.)

Müəllif: Natiq NƏSİROV