İntizam Komitəsinin növbəti iclası keçirildi

ESTAFET/ Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Topaz Premyer Liqasının VII turunun təxirə salınmış oyunu olan “Keşlə” – “Qarabağ” matçının 88-ci dəqiqəsində “Keşlə” klubunun 17 №-li futbolçusu Samir Məsimov ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

 

Topaz Premyer Liqasının X turunun “Zirə” – “Səbail” matçının 60-cı dəqiqəsində “Səbail” klubunun 13 №-li futbolçusu Şəhriyar Rəhimov ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

 

I Divizionun IX turunun “Zirə-2” – “Kəpəz” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

 

Oyunun 45+1-ci dəqiqəsində “Kəpəz” klubunun 18 №-li futbolçusu Fərid Bayramov ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 

I Divizionun IX turunun “Turan Tovuz” – “Keşlə-2” matçında “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

 

I Divizionun IX turunun “Qarabağ-2” – MOİK matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

 

I Divizionun IX turunun “Ağsu” – “Neftçi-2” matçında “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

 

I Divizionun IX turunun “Səbail-2” – “Zaqatala” matçının 55-ci dəqiqəsində “Səbail-2” klubunun 96 №-li futbolçusu Murad Məmmədov qırmızı vərəqə aldıqdan sonra meydanı tərk edərkən hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə futbolçu 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 38.5). 

Müəllif: Natiq NƏSİROV