Paytaxt klublarının qarşılaşması: TPL - XI tur
ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında 11-ci tura start verilir. Turun ilk oyun günündə iki görüş baş tutacaq. Hər iki görüş paytaxt təmsilçiləri arasında keçiriləcək.
Öncə Premyer Liqanın debütantı “Sabah” “Səbail”lə üz-üzə gələcək. Günün digər görüşü isə “Neftçi” və “Zirə” arasında olacaq.
Topaz Premyer Liqası, 2018/2019 mövsümü
11-ci turun oyunları
10 noyabr 2018
17:30 Sabah - Səbail
Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Rəvan Həmzəzadə.
Masazır. “Əlincə Arena”
19:30 Neftçi - Zirə
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Knyaz Əmiraslanov, Xəlil Xəlilov.
Bakı. 8-ci km stadionu