Paytaxt klublarının qarşılaşması: TPL - XI tur

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında 11-ci tura start verilir. Turun ilk oyun günündə iki görüş baş tutacaq. Hər iki görüş paytaxt təmsilçiləri arasında keçiriləcək. 


Öncə Premyer Liqanın debütantı “Sabah” “Səbail”lə üz-üzə gələcək. Günün digər görüşü isə “Neftçi” və “Zirə” arasında olacaq. 


Topaz Premyer Liqası, 2018/2019 mövsümü
11-ci turun oyunları


10 noyabr 2018


17:30  Sabah - Səbail
Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Rəvan Həmzəzadə.
Masazır. “Əlincə Arena”


19:30  Neftçi - Zirə
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Knyaz Əmiraslanov, Xəlil Xəlilov.
Bakı. 8-ci km stadionu

 

Müəllif: Bəhruz MƏMMƏDOV