Super Liqa klubunda baş məşqçi istefası

ESTAFET/ Türkiyənin “Konyaspor” klubu baş məşqçi Rza Çalımbayla yollarını ayırıb. Türkiyəli mütəxəssis klub rəhbərliyi ilə görüşdükdən sonra istefa verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

“Konyaspor” Super Liqada 12 turdan sonra 17 xalla 9-cu pillədə qərarlaşıb.

 

Konya təmsilçisi növbəti turda səfərdə “Qalatasaray”la qarşılaşacaq. 

 

Mənbə: Sport24

Müəllif: Orxan NOVRUZOV