Qadınların mübarizəsi davam edir: 1/4 final - ilk oyunlar

ESTAFET/ Bu gün Rusiya Federasiyasının Xantı-Mansiysk şəhərində keçirilən qadın şahmatçılar arasında dünya çempionatında 4-cü mərhələnin (1/4 finalın) ilk qarşılaşmaları oynanılıb.
Günün ən gözlənilməz nəticəsi qazaxıstanlı gənc istedad Jansaya Abdumalikin qara fiqurlarla ukraynalı Mariya Muzıçuku məğlub etməsi olub.
Heç də az maraq cəlb etməyən digər görüş kimi isə, çempionatın kəşfi adını alan gənc özbək vunderkind Gülruxbegimin qara fiqurlarla dünyanın ən güclü qadın şahmatçılarından biri olan çinli Venjun Yuya təslim olmamasını göstərmək olar.
Ukrayna vətəndaşlığını Rusiyaya dəyişən Ekaterina Laqno da mərhələnin ilk görüşünü qalib bitirib. O, çinli rəqibi Ley Tinçzeni məğlub edib.
Qadınlar arasında şahmat üzrə dünya çempionatı
1/4 final mərhələsi, ilk oyunlar
12 noyabr 2018
Mariya Muzıçuk (Ukrayna) - Jansaya Abdumalik (Qazaxıstan) 0:1
Ekaterina Laqno (Rusiya) - Tinçze Ley (Çin) 1:0
Aleksandra Kostenyuk (Rusiya) - Anna Muzıçuk (Ukrayna) 0,5:0,5
Venjun Yu (Çin) - Gülruxbegim Toxirconova (Özbəkistan) 0,5:0,5

