"Qarabağ" və "Keşlə"dən səfər qələbəsi: TPL - 2018/2019 mövsümü

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında 11-ci turun oyunlarına yekun vurulub. 


İlk olaraq Qəbələdə şəhərin eyniadlı komandası son çempion “Qarabağ”la qarşılaşıb. Meydan sahibləri hesabı açaraq fasiləyə üstün yollanıblar. Lakin fasilədən qayıdan ağdamlılar 3 qol vuraraq, çətin səfərdən qalib dönməti bacarıblar.


Turun son oyununda “Sumqayıt” “Keşlə” ilə qarşılaşırdı. Görüş öncəsi favorit kimi "kimyaçılar" qeyd olunsa da, onlar meydan ağır məğlubiyyətlə ayrılmalı olublar. 


Topaz Premyer Liqası, 2018/2019 mövsümü
11-ci turun oyunları


11 noyabr 2018


Qəbələ - Qarabağ 1:3
Qollar: Ceyms Adeniyi 33 : İnnosent Emeqara 47, Miçel 64, Filip Ozobiç 69
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov.
Qəbələ şəhər stadionu


Qəbələ: 30. Aqil Məmmədov, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 18. İlqar Qurbanov, 21. Atakora Lalavele, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 22. Dmitri Bezotosnı, 35. Murad Popov, 7. Roman Hüseynov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 11. Asif Məmmədov, 26. Faiq Hacıyev, 32. Amin Seydiyev, 79. Əli Sadıxov, 88. Sabien Lilay, 99. Abbas Ağazadə.
Baş məşqçi: Sənan Qurbanov.


Qarabağ: 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 7. İnnosent Emeqara, 8. Markos Madera, 11. Mahir Mədətov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner Da Silva, 6. Simeon Slavçev, 9. Araz Abdullayev, 10. Dani Kintana, 14. Rəşad Sadıqov, 21. Hacıağa Hacılı, 25. Ansi Aqolli, 28. Con Delarj, 52. Yakub Jezniçak, 77. Donald Gerye, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.


Sumqayıt - Keşlə 1:4
Qollar: Atilla Yıldırım 65 : Amil Yunanov 52, 79, Gergios Georgiadis 56, Andre Klennon 90+3
Qırmızı vərəqə: Orxan Sadıqlı 67
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli.
Bakı. “Bayıl Arena”


Sumqayıt: 15. Orxan Sadıqlı, 3. Vurğun Hüseynov (k), 4. Şəhriyar Əliyev, 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım, 14. Bəxtiyar Həsənalızadə, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 74. Yusif Nəbiyev, 99. Əli Babayev.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 8. Orxan Əliyev, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 44. Qvanzav Maqomedov, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Nazim Süleymanov.


Keşlə: 1. Kamran Ağayev (k), 33. Tərlan Quliyev, 2. Sərtan Taşqın, 4. Slavik Alxasov, 3. Denis Silva, 93. Edvinas Girdvainis, 22. Nikola Mitroviç, 80. Diallo Quydileye, 31. Georgios Georgiadis, 9. Amil Yunanov, 23. Conatan Ayite.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Ruslan Əmircanov, 65. Cabir Əmirli, 71. Emin Quliyev, 88. Məmməd Quliyev, 10. Ruslan Nəsirli, 11. Bahodir Nasimov, 14. Andre Klennon, 17. Samir Məsimov, 21. Herve Tçami, 90. Ebrima Sohna.
Baş məşqçi: Tərlan Əhmədov. 

Müəllif: Natiq NƏSİROV