İntizam Komitəsinin növbəti qərarları

ESTAFET/ İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.

 

Topaz Premyer Liqasının XI turunun “Neftçi” – “Zirə” matçında “Neftçi” klubunun 4, “Zirə” klubunun 5 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunur (maddə 40). Oyunun 85-ci dəqiqəsində “Zirə” klubunun məşqiçisi Vəfadar Quliyev texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 62).

 

Topaz Premyer Liqasının XI turunun “Sumqayıt” – “Keşlə” matçının 67-ci dəqiqəsində “Sumqayıt” klubunun 15 №-li futbolçusu Orxan Sadıqlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

 

Topaz Premyer Liqasının XI turunun “Qəbələ” – “Qarabağ” matçının 47-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52).

 

“Qarabağ” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılmışdır. Qəbələ klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Qarabağ” klubu tərəfindən ödənilsin.

 

I Divizionun X turunun “Keşlə-2” – MOİK matçında hər iki klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40).

 

Oyunun 41-ci dəqiqəsində MOİK klubunun inzibatçısı Hüseyn Həsənov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.4).

 

Oyunun 73-cü dəqiqəsində MOİK klubunun baş məşqçisi Azər Bağırov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur (maddə 62).

 

I Divizionun XI turunun “Qaradağ Lökbatan” – “Səbail-2” matçı təyin olunduğu vaxtdan 7 dəqiqə gec başladığına görə hər iki klub 240 manat cərimə olunur (maddə 53.3).

 

“Kəpəz” – “Şüvəlan” matçının 80-cı dəqiqəsində “Şüvəlan” klubunun 9 №-li futbolçusu Qara Qarayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 

“Sabah-2” – “Sumqayıt-2” matçında “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

 

Oyunun 82-ci dəqiqəsində “Sumqayıt-2” klubunun 26 №-li futbolçusu Elvin Dəmirov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).

 

I Divizionun XI turunun “Turan Tovuz” – “Zirə-2” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

 

“Zirə-2” klubunun heyətində 3 futbolçunun lisenziyası oyundan əvvəl hakimə təqdim olunmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 80 manat cərimə olunur (maddə 74).

 

“Zaqatala” – “Ağsu” matçında “Ağsu” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40). 

Müəllif: Orxan NOVRUZOV