"Neftçi" məşqləri bərpa etdi

ESTAFET/ "Neftçi” məşqləri bərpa edib. Komanda dörd günlük fasilədən sonra bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq keçib. Məşqdə zədəli Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.

 

Xatırladaq ki, "Neftçi” növbəti oyununu noyabrın 25-də keçirəcək. Komandamız həmin gün Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Səbail”in qonağı olacaq. 

Müəllif: Estafet.az