Badmintonçularımızın Duaby çıxışı uğurlu alınmayıb

ESTAFET/ Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Dubai International Challenge 2018" turnirində çıxışını başa vurub.

 

Kişilərin şəxsi yarışında 1/16 finalda Siddharaz Zakurla qarşılaşan Ezmi Qovimuramadhoni rəqibinə 0:2 (14-21,16-21) hesabı ilə uduzub.

 

Edi Reski Dviçayo isə bu mərhələdə Koreya Respublika təmsilçisi Honq Ji Hunla üz-üzə gəlib. Görüş rəqibini 0:2 (14-21,18-21) hesablı qələbəsi ilə başa çatıb.

 

Kişilərin qoşa yarışnda 1/16 final mərhələsində Hindistan badmintonçuları Siddeş Aroskar - Hruitvik Ambekar cütünə 2:0 (21-9, 21-12) hesabı ilə qalib gələn Edi - Ezmi tandemi 1/8 finalda Rusiyanı təmsil edən Vladimir Nikulov - Artyom Serpionov üzərində 2:1 (21-15,18-21,21-17) hesablı qələbə qazanıb. Badmintonçularımız 1/4 finalda Koreya Respublikası idmançıları Hae Sung Ço - Kim Yonq Sun cütünə 0:2 (14-21, 17-21) hesabı ilə uduzub. 

Müəllif: Orxan NOVRUZOV