Azərbaycan çempionatına yekun vurulub

ESTAFET/ Badminton üzrə Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yarışda qaliblər 5 kateqoriya üzrə müəyyənləşib.

 

Kişilərin şəxsi yarışlarında Edi Reski Dviçayo birinci, Ezmi Qovimuramadhoni və Orxan Qələndərov isə ikinci, üçüncü yerləri bölüşüblər.

 

Qadınların şəxsi mübarizəsində turnirin qalibi adını Nərgiz Mehtiyeva qazanıb. Nigar Əliyeva 2-ci, Adilə Mehtiyeva isə 3-cü olub.

 

Kişilərin qoşa yarışında fəxri kürsünün ilk pilləsinə Ezmi Qovimuramadhoni - Edi Reski Dviçayo cütü yüksəlib. Teymur Abbasov - Kənan Rzayev ikinci, Tural Rəsulov - Kərim Musayev isə bu kateqoriya üzrə 3-cü olub.

 

Qadınların qoşa yarışında Adilə Mehtiyeva - Zülfiyyə Hüseynova tandemi ən güclü olub. Nərgiz Mehtiyeva - Aynurə Mahmudova ikinci, Alla Vlaslyuk - Ləman Salayeva isə turniri 3-cü sırada başa vurub.

 

Qarışıq-qoşa yarışlarda badminton üzrə Azərbaycan çempionatının qalibi adını Zülfiyyə Hüseynova - Teymur Abbasov cütü qazanıb. Alla Vlaslyuk - Orxan Qələndərov ikinci, Anna Jeleznyak - Cahid Əlhəsənov tandemi isə 3-cü olub.

 

Turnirin mükafatçıları diplom və medallarla təltif olunublar. Qaliblərə Azərbaycan Badminton Federasiyası tərəfindən hədiyyə kuponları da təqdim olunub. 

Müəllif: Natiq NƏSİROV