Voleybolçularımız qitə çempionatı üçün hazırlıqlara başlayıb

ESTAFET/ Voleybol üzrə kişilərdən ibarət milli yığma komandamız 2019-cu ilin yanvar ayında Avropa Çempionatının təsnifat mərhələsində növbəti görüşlərini keçirəcək.
Komandanın baş məşqçisi Fərid Calalov hazırlıqlardan danışıb: “İlk dəfədir ki, Avopa Çempionatının final mərhələsində iştirak edə bilərik. Bildiyiniz kimi, yayda təsnifat oyunlarından sonra oyunçular istirahətə göndərilib. Komandamız məşqlərə start verib. Məşqlərimiz Lokomotiv voleybol klubunun idman zalında keçir. 10 günlük fiziki hazırlıqdan sonra bir neçə yoldaşlıq görüşü keçirməyi planlaşdırırıq. Amma hazırda kimlərlə oynayacağımız barədə danışıqlar aparırıq. Komandalar müəyyən olunduqdan sonra voleybolsevərləri məlumatlandıracağıq".
Nəzərinizə çatdıraq ki, milli komandanın düşərgəsində indi 11 voleybolçu ilə məşqlər keçir. 3 oyunçumuz isə bu mövsüm xarici klublarda oynayacaq.
