Yığmamız elit-raunda vəsiqə qazanıb

ESTAFET/ 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının elit-raunduna vəsiqə qazanıb.

 

Bu gün ilkin seçmə qrup mərhələsində son oyununu keçirən yığmamız Mixail Mesxi adına stadionun ikinci meydanında Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandasını 3:0 hesabı ilə məğlub edib. Kamran Quliyevin dubl etdiyi oyunda digər qolu Murad Mahmudov vurub. 

 

Qrupumuzun digər oyununda meydan sahibi olan gürcülər israilli həmyaşıdları ilə bərabərə qalıblar - 1:1. Bununla da İsrail yığması 7 xalla 1-ci, Azərbaycan isə 6 xalla 2-ci pillənin sahibi kimi elit-raunda vəsiqə qazanıblar. 

Müəllif: Orxan NOVRUZOV