FORMULA 1: BRAZİLİYA QRAN PRİSİ 2016
ESTAFET/ 11-13 noyabr tarixlərində Braziliyanın San Paulu şəhərində Formula-1 yarışlarının növbəti mərhələsi - Brazilian Grand Prix - baş tutub.
FORMULA-1: GRANDE PREMIO DO BRASIL 2016 |
||||
Tarix |
Trass |
Dövrə uzunluğu |
Dövrə sayı |
Məsafə |
11-13.10.2016 |
Sao Paulo |
4309 m |
71 |
305.939 km |
TUTQUN, YAĞIŞ, HAVA +18 C, TRASS +21...20 C |
Yürüşü 3:01.01.335 vaxt göstəricisi ilə Böyük Britaniya təmsilçisi Lyuis Xemilton (Mercedes AMG F1) qalib bitirib. Alman pilot Niko Rosberq (Mercedes AMG F1) finişi ikinci (+11.435), hollandiyalı Mark Ferstappen (Red Bull Racing) isə üçüncü (+21.481) keçib.
Mövsümün son mərhələsindən öncə sıralamalardakı ilk "beşlik"lər aşağıdakı kimidir:
Şəxsi birincilik
1. Niko Rosberq (Mercedes AMG F1) - 367
2. Lyuis Xemilton (Mercedes AMG F1) - 355
3. Daniel Rikkardo (Red Bull Racing) - 246
4. Sebastyen Fettel (Scuderia Ferrari) - 197
5. Mark Ferstappen (Red Bull Racing) - 192
Komanda birinciliyi
1. Mercedes AMG F1 - 722
2. Red Bull Racing - 446
3. Scuderia Ferrari - 375
4. Force İndia - 163
5. Williams - 136
Xatırladaq ki, mövsümün son yürüşü Əbu Dabinin (BƏƏ) Yas Marin trassında 25-27 noyabr tarixlərində keçiriləcək.