Samir Nəsri yenidən yaşıl meydanlarda

ESTAFET/ Son olaraq Türkiyənin “Antalyaspor” klubunda forma geyinmiş və orqanizmində qadağan olunmuş maddə tapıldığı üçün 18 ay müddətinə futboldan uzaqlaşdırılan Samir Nəsri yenidən yaşıl meydanlara qayıdıb. Fransız futbolçu “Vest Hem” klubuyla məşqlərə başlayıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

 

Uzun müddət futboldan uzaq qalan Nəsrinin “Vest Hem”lə müqavilə imzalayacağı gözlənilir.

 

Premyer Liqada daha öncə “Arsenal” və “Mançester Siti”də oynayan Nəsri, “şəhərlilər”lə 2 dəfə ölkə çempionluğunu qazanıb. 

 

Mənbə: Sport24

Müəllif: Estafet.az