Yığmamızın rəqibləri müəyyənləşdi
ESTAFET/ 17 yaşadək qızlar arasında Avropa çempionatının 2019/20 mövsümünün seçmə mərhələsinin püşkü atılıb. Tədbirdə 44 komanda 11 qrupa bölünüb.
2019-cu il avqustun 5-dən oktyabrın 27-dək olan müddəti əhatə edəcək seçmə mərhələdə Azərbaycan yığması 5-ci qrupunda yer alacaq. Komandamız Norveç, Slovakiya və Farer adları ilə mübarizə aparacaq. Qrup oyunlarının meydan sahibi hələlik dəqiqləşməyib.
Təqvim isə aşağıdakı kimi razılaşdırılıb:
17 oktyabr 2019
Azərbaycan – Sloveniya
20 oktyabr 2019
Norveç – Azərbaycan
23 oktyabr 2019
Azərbaycan – Farer adaları
Hər qrupda ilk iki yerin sahibi, həmçinin 4 ən yaxşı “üçüncü” elit-raunda yüksələcək. İspaniya və Almaniya ilk mərhələdən azaddı.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi İsveçdə keçiriləcək.