"Başqa nəticə bizi qane etmir": "Sportinq"in qapıçısı

ESTAFET/ "Çempionatda yaranan bu fasilə xeyrimizə oldu. Bu müddətdə yeni baş məşqçimizin metodlarını yaxşı başa düşdük. İnanıram ki, çox çətinlik çəkməyəcəyik". Bu sözləri "Sportinq"in qapıçısı Renan Ribeyro bildirib.

 

Braziliyalı qolkiper Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçiriləcək oyunla bağlı fikirlərini bildirib: "Qarşıda iki əhəmiyyətli matç var - Portuqaliya Kubokunda "Lusitano" və "Qarabağ"a qarşı Avropa Liqasındakı oyunumuz. Bu görüşlərdə qələbə qazanmalıyıq. Başqa bir nəticə bizi qane etmir".

 

Qeyd edək ki, “Qarabağ” – “Sportinq” oyunu noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 

 

Mənbə: Sport24

Müəllif: Məsim MƏSİMZADƏ