"Hannover" Münhenqladbaxda darmadağın oldu

ESTAFET/ Futbol üzrə Almaniya Bundesliqasında 12-ci turun oyunlarına yekun vurulub. Turun ilk oyun günündə bir qarşılaşma keçirilib. Leverkuzendə yerli "Bayer" "Ştutqart"ı qonaq edib və 2 cavabsız qolla qalib gəlib. 

 

İkinci oyun günündə ən yaddaqalan görüşlərdən biri Münhendə baş tutub. Son çempion "Bavariya" debütant "Fortuna"nı qəbul edirdi. 6 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib. 

Turun son oyununda Münhenqladbax "Borussiya"sı "Hannover" üzərində böyükhesablı qələbə qazanıb. 


Almaniya Bundesliqası, 2018/2019 mövsümü
12-ci turun oyunları


23 noyabr 2018


Bayer - Ştutqart 2:0
Qollar: Volland 76, 83


24 noyabr 2018


Auqsburq - Ayntraxt 1:3
Qollar: Kordova 90 : De Quzman 1, Haller 47, Rebiç 68


Bavariya - Fortuna 3:3
Qollar: Sule 17, Müller 20, 58 : Lukebakio 44, 77, 90


Herta - Hoffenhaym 3:3
Qollar: İbişeviç 12, Leki 71, Lazaro 87 : Demirbay 1, Kramariç 10, Biçakçiç 55


Maynts - Borussiya (Dortmund) 1:2
Qollar: Kayson 70 : Alkaser 66, Pişçek 76


Volfsburq - Leyptsiq 1:0
Qol: Roussillon 50


Şalke - Nürnberq 5:2
Qollar: Skribski 26, 84, Arit 32, Burqştaller 70, Oçipka 90 : Palasios 38, Zrelak 79


25 noyabr 2018


Frayburq - Verder 1:1
Qollar: Valdşmidt 42 (p.) : Auqustinsson 90


Borussiya (Münhenqladbax) - Hannover 4:1
Qollar: Azar 7, Lanq 44, Ştindl 58, Zakaria 77 : Vud 1

Müəllif: Orxan NOVRUZOV